İraqda İmam Museyi Kazım (ə) zəvvarlarının bir qrupu şəhid olub

Maide.az-ın məlumatına görə, İraq tibb mənbələri bildiriblər ki, Bağdadın Təhrir meydanı yaxınlığında İmam Museyi Kazımın (ə) ziyarətgahına doğru hərəkət etməkdə olan şiə zəvvarların yolu üzərində bombanın partladılması nəticəsində 15 nəfər şəhid olub, 40 nəfər də yaralanıb. 
 
Bağdadın şimal ətrafında Bab əl-Şama atılan iki mərmi nəticəsində 2 nəfər həlak olub, 4 nəfər də yaralanıb. 
 
İraq hökuməti İmam Museyi Kazımın (ə) şəhadətinin ildönümü mərasimini təşkil etmək üçün Kazimeyn məntəqəsinə yollanan zəvvarların qorunmasından ötrü 75 min qüvvəni zəvvarların yolu üzərində yerləşdirib. 
 
Sabah 25 rəcəb şiələrin, 7-ci imamı İmam Museyi Kazımın (ə) şəhadətinin ildönümüdür.

Google+ WhatsApp ok.ru