Silahsız qaradərilini öldürən ağdərili mühakimə edilməyəcək

Silahsız qaradərilini güllələyən Viskonsin ştatının polis zabiti ittiham edilməyəcək, Associated Press bildirib.
 
Vilayət prokuroru elan edib ki, 19 yaşlı Toni Robinsonu 2015-ci ilin mart ayının 6-da güllələyən zabit Mett Kenniyə qarşı ittiham irəli sürməyəcək.
 
Prokurorun sözlərinə görə, polis əməkdaşı silahı hücumdan sonra öz həyatını qorumaq məqsədi ilə qanuni istifadə edib.
 
Həmçinin prokurorun bildirdiyinə görə, polis zabitinə hücum edən insan narkotik maddələrin təsiri altında olub.

Google+ WhatsApp ok.ru