İraqda polislə etirazçılar arasında toqquşmalar baş verib, ölən və yaralananlar var 14 İyul 2018 01:00 Dünya İraqın Maysan əyalətində polislə etirazçılar arasında toqquşmalar baş verib. APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, qarşıdurma zamanı 1 nəfər ölüb, onlarla etirazçı xəsarət alıb. İraqın cənub bölgəsində iğtişaşlar bir həftə əvvəl başlayıb. Bəsrə şəhərində işsizlik və kommunal sahədə vəziyyətin pisləşməsinə qarşı etiraz edən nümayişçilərdən birinin ölümündən sonra bölgədə vəziyyət daha da gərginləşib. Nümayişçilər hökumətdən elektrik enerjisi və su təchizatında baş verən kəsilmələrə son qoymağı tələb edirlər. Hazırda etirazlar İraqın digər cənub əyalətlərinə keçib. Teqlər : #İraqda polislə etirazçılar arasında toqquşmalar baş verib,#ölən və yaralananlar var, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru ABŞ-ın Suriyanın şərqinə endirdiyi hava zərbələrində ölənlərin sayı 55-ə çatıb Bəsrədəki aksiyalarda 5 nəfər yaralanıb
Əfqanıstanda məsciddəki terror nəticəsində şəhid olanların sayı 62-yə çatıb - YENİLƏNİB 3 (VİDEO/FOTO)
Putin: 'Rusiya ilə ABŞ-ın qarşılıqlı maraqları iki ölkə arasında münasibətlərin sabitləşməsinə imkan verəcək'
İranın Baş Qərargah rəisi Pakistanın Quru Qoşunlarının komandanı ilə regional məsələləri müzakirə edib
Bəhreyn polisi İsrailin Manamadakı səfirliyi qarşısında keçirilən aksiya iştirakçılarına hücum edib - FOTO