İraqda qaçırılan türk fəhlələrdən ikisi azad olunbu

İraqda qaçırılan 18 türk işçidən Necdet Yılmaz və Ercan Özpilavcı İraqın Bəsrə şəhərində sərbəst buraxılıb.
 
Maide.az xəbər verir ki, Xarici İşlər Nazirliyinin sözçüsü Tanju Bilgiç mətbuat nümayəndələrinə açıqlamasında bu barədə bildirib.
 
Türkiyənin Bağdad səfirliyindən rəsmilərin sərbəst buraxılan işçilərlə görüşdüyünü və sağlamlıq vəziyyətlərinin yaxşı olduğu məlumatının verildiyini deyən Bilgiç, "Digərlərinin də azadlığa buraxılmasını arzu edirəm" - deyib.
 
Sərbəst buraxılan işçilər saxlanılan yoldaşlarının sağlamlıq vəziyyətinin yaxşı olduğunu söyləyiblər.
 
Bağdadın Sədr bölgəsində 2 sentyabrda bir türk firmasının 18 işçisi naməlum şəxslər tərəfindən qaçırılmışdı.

Google+ WhatsApp ok.ru