İraqda türk fəhlələri qaçıran qruplaşma ilə toqquşma olub

İraq silahlı qüvvələrinin türk fəhlələri qaçırdığına şübhələnilən silahlı qrupa qarşı paytaxt Bağdadda keçirdiyi əməliyyatda 1 əsgərin öldüyü, 3-nün yaralandığı bildirilib.
 
Maide.az xəbər verir ki, Bağdad Əməliyyatları Komandanlığından yayımlanan yazılı açıqlamada, türk işçiləri qaçıran qrup üzvlərindən birinin paytaxtın Fələstin küçəsində olduğuna dair alınan kəşfiyyatdan sonra bölgəyə gedən xüsusi təyinatlılara atəş açılıb.
 
Açıqlamada təhlükəsizlik qüvvələrinin mütəşəkkil cinayətkar dəstələrin təqibinə davam edəcəyi və vətəndaşların təhlükəsizliyi ilə ölkə iqtisadiyyatına ziyan vurmalarına icazə verilməyəcəyi bildirilib.
 
Xatırladaq ki, Bağdadda fəaliyyət göstərən Türkiyə şirkətinin stadion tikintisində işləyən 18 türk vətəndaşı, çərşənbə günü uniformalı qrup tərəfindən qaçırılıb.

Google+ WhatsApp ok.ru