İraqda vəba virusundan ölü sayı 83-ə yüksəlib

İraqda vəba xəstəliyinə yoluxanların sayı artıb

İraqda vəbaya yoluxma hallarında artım müşahidə edərkən, Babil şəhərində də 83 nəfərin vəba şübhəsi ilə xəstəxanaya qaldırıldığı bildirilir.
 
Maide.az "Anadolu" agentliyinə istinadən xəbər verir ki, Babilistan qubernatoru Sadiq Mədlul, vəba şübhəsi ilə indiyə qədər 83 adamın müalicə altına alındığını, bunlardan 40-da infeksiyanın aşkar edildiyini, 21-nin isə müalicədən sonra evə buraxıldığını söyləyib. İndiyə qədər bu xəstəlikdən 83 nəfər də dünyasını dəyişib.
 
Mədlul, "Su vasitəsi ilə yoluxma və ya başqa bir şəkildə xəstəliyin yayılmasının qarşısının alınması üçün lazımi tədbirlər görülür. Xəstəxanalar və sağlamlıq mərkəzlərinə bu gündən etibarən Səhiyyə Nazirliyi ilə koordinasiyalı şəkildə lazımi dərmanlar təmin olunub", - deyib. Mədlul infeksiyanın əsas şəhərin cənubundakı Ət-Taciyyat bölgəsində müşahidə edildiyini söyləyib.
 
İraq Təhsil Nazirliyi vəbanın yayılmasını qarşısını almaq məqsədilə orta məktəblərinin açılışını 18 oktyabra qədər təxirə saldığını açıqlamışdı.

Google+ WhatsApp ok.ru