Yunanıstanda yeni hökumət vəzifəyə başladı

Yeni kabinet üzvləri prezident Pavlopulosun hüzurunda and içdi

Yunanıstanda baş nazir Aleksis Çipras başçılıq SYRIZA-ANEL koalisiya hökumətinin üzvləri prezident Prokopis Pavlopulosun hüzurunda and içərək vəzifəyə başladı.
 
Maide.az xəbər verir ki, prezident iqamətgahında təşkil olunan andiçmə mərasiminə baş nazir Çiprasla yanaşı kabinetdə yer alan nazir və nazir müavinləri iştirak edib. Tədbirdə bəzi nazirlər "dini and", bəziləri isə "siyasi and" içib.
 
Baş nazirin müavini Yannis Dragasakis andiçmə mərasimindən sonra verdiyi açıqlamada, hökumətin hədəfinin kreditorlarla imzalanan müqavilələrin ədalətli şəkildə icra edilməsi olduğunu bildirərək, "Məqsədimiz, iqtisadiyyatı yenidən təşkil edərək yaxşılaşdırmaq və arxamızda solun izlərini qoymaqdır" - deyib.
 
Çiprasdan başqa 7-si qadın, 46-sı nazir və nazir müavinlərindən ibarət yeni hökumətin ilk Nazirlər Kabineti görüşünün cümə günü keçiriləcəyi bildirilib.

Google+ WhatsApp ok.ru