İraqda zəvvarları daşıyan mikroavtobus aşıb, ölənlər var

İraqda zəvvarları daşıyan mikroavtobus aşıb, ölənlər var

İraq təhlükəsizlik qüvvələrinin bildirdiyinə görə, İraqda Nasiriyyə şəhərinin qərbində Fədək bölgəsində Kərbəla ziyarətindən qayıdan zəvvarları daşıyan mikroavtobus aşıb, 4 nəfər həlak olub, 14 nəfər yaralanıb. 
 
Maide.Az xəbər verir ki, yaralılardan 6 nəfəri qadındır. Yaralılar xəstəxanaya çatdırılıb və onlardan bəzisinin vəziyyəti ağırdır.  
 
Mikroavtobusun sərnişinlərinin iranlı zəvvar olduğu bildirilir. (iqna)
 

Google+ WhatsApp ok.ru