Türkiyədə güclü partlayış: 2 ölü, 16 yaralı

Türkiyədə güclü partlayış: 2 ölü, 16 yaralı

Adana valiliyinin inzibati binasının qarşısında partlayış baş verib.
 
Maide.Az xəbər verir ki, hadisə nəticəsində 2 nəfər həlak olub, 1-i ağır olmaqla 16 nəfər xəsarət alıb. 
 
Adana valisi Mahmud Demirtaş partlayışın binanın avtomobil parkının qarşısında baş verdiyini bildirib.
 
Bu barədə Trend "Hürriyyət" qəzetinə istinadən məlumat verir.
 
Hadisə yerinə çoxlu sayda təcili tibbi yardım briqadaları, polis əməkdaşları cəlb olunub.
 
Ərazidə təhlükəsizlik tədbirləri gücləndirilib.
 

Google+ WhatsApp ok.ru