İraq Hizbullahı: ABŞ əsgərləri İraqa girsə, vurarıq

İraq Hizbullahı hərəkatının siyasi komitə rəhbəri Hüseyn Ramahi ABŞ əsgərlərinin İraq torpaqlarına girdiyi təqdirdə, hərəkatın hücumlarına hədəf olacaqları xəbərdarlığını edib.
 
maide.az-ın məlumatına görə, bu barədə aşıqlamanı Bağdadda verən Ramahi amerikalı əsgərlərin İraqa gəlməsini tələb edən bəzi fitnəkarların hədəflərinə maneə yaratmaq üçün İraq Hizbullahı hərəkatının Anbar vilayətindən çəkilməyəcəyini deyib.
 
Ramahi amerikalı əsgərlər İraq torpaqlarına girdiyi təqdirdə hərəkat olaraq güclərini ikiyə böləcəklərini, bir qrup İŞİD ilə mübarizə apardığı halda, ikinci qrup da amerikalı əsgərlərlə döyüşəcəklərini vurğulayıb.
 
Ramahi amerikalı əsgərlərin İraqa girmək məqsədinin müqavimətçi silahlı qrupları mübarizə arenasından kənarlaşdırmaq olduğunu, ancaq Hizbullah olaraq onlara bu fürsəti verməyəcəklərini və olduqları bölgələrdə mübarizələrini davam etdirəcəklərini deyib.

Google+ WhatsApp ok.ru