İraqdakı terror aktında millət vəkili dünyasını dəyişdi

Maide.az-ın məlumatına görə, Bağdadda təşkil edilən terror hücumunda millət vəkili Əhməd Haffacı və 6 nəfər dünyasını dəyişib, 20-si isə yaralanıb.
 
Təhlükəsizlik mənbələrinin açıqlamasında bildirilir ki, Bağdadın şimalındakı əl-Kazımiyyə şəhərində bir intiharçının bomba yüklənmiş maşını partladıb. Partlayış Bədr qrupu millət vəkili Əhməd Haffacinin konvoyunun keçdiyi vaxt baş verib.
 
Kazımeyn şəhəri girişində təhlükəsizlik nöqtəsində təşkil edilən ayrı bir hücumda isə 24 nəfər dünyasını dəyişib, 54-ü isə yaralanıb.
 
Bildirilir ki, terrorçular Tikritin şimalındakı Bəyçi neftayırma zavoduna qarşı hücum planları hazırlayıblar.

Google+ WhatsApp ok.ru