İraq hökuməti Mosulu iki mərhələdə bərpa etmək niyyətindədir 15 Noyabr 2016 02:00 Dünya İraqın Planlaşdırma Nazirliyi İŞİD silahlılarından azad edilmiş Mosul və digər bölgələrin bərpası üçün ilkin plan hazırlayıb İraqın Planlaşdırma Nazirliyi ölkənin şimalında yerləşən Mosul şəhərinin İŞİD silahlılarından azad edilməsindən sonra onun bərpası üçün ilkin plan hazırlayıb. RİA "Novosti"yə istinadən xəbər verilir ki, bu barədə nazirliyin rəsmi nümayəndəsi Əbdül Zəhra əl-Handavi bildirib. "Nazirlik İŞİD silahlılarının nəzarətindən azad edilmiş Mosul və digər bölgələrin bərpası üçün ilkin plan hazırlayıb" - Əbdül Zəhra əl-Handavi deyib. Onun sözlərinə görə, birinci mərhələ bir aydan altı aya qədər davam edəcək. Bu müddətdə şəhərin əsas infrastrukturunun bərpası - su və elektrik təchizatı, səhiyyə sistemi, qaçqın ailələrinin geri qayıtması məqsədilə yaşayış bölgələrinin təmizlənməsi nəzərdə tutulub. İkinci mərhələdə isə yolların, rabitənin bərpası, məktəblərin tikintisi ilə bağlı strateji layihələrin həyata keçirilməsi planlaşdırılır. Nazirlik rəsmisi qeyd edib ki, layihələri bu sahədə ixtisaslaşmış beynəlxalq şirkətlər həyata keçirəcək. (report) / Teqlər : #İraq hökuməti Mosulu iki mərhələdə bərpa etmək niyyətindədir, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Taliban liderlərinin İranda olması barədə xəbərlər təkzib edilib FTB: 'Müsəlmanlar əleyhinə nifrət cinayətləri 67 faiz artıb'
Əfqanıstanda məsciddəki terror nəticəsində şəhid olanların sayı 62-yə çatıb - YENİLƏNİB 3 (VİDEO/FOTO)
Putin: 'Rusiya ilə ABŞ-ın qarşılıqlı maraqları iki ölkə arasında münasibətlərin sabitləşməsinə imkan verəcək'
İranın Baş Qərargah rəisi Pakistanın Quru Qoşunlarının komandanı ilə regional məsələləri müzakirə edib
Bəhreyn polisi İsrailin Manamadakı səfirliyi qarşısında keçirilən aksiya iştirakçılarına hücum edib - FOTO