İraq hökuməti “Ərbəin” zəvvarları üçün vertolyotları işə saldı

İraq hökuməti “Ərbəin” zəvvarları üçün vertolyotları işə saldı

İraq Səhiyyə Nazirliyi “Ərbəin” yürüşündə iştirak edən zəvvarlara xidmət üçün daha bir addım atıb. Bildirilir ki, zəvvarlara xidmət etmək üçün 150 təcili tibbi yardım maşını, 10 təcili tibbi avtobus, 8 vertolyot və iki çadır xəstəxana fəaliyyətə başlayıb.
 
“Ziyarətçilərin sayı çox olacağı üçün hökumət bu addımları atır”, deyə Nazirlik diqqətə çatdırıb. Qeyd olunub ki, İranda da gələn həkimlər zəvvarların xidmətində olacaqlar.  / eastnews.org /
 

Google+ WhatsApp ok.ru