İraqlı qüvvələrin Ələnbarda terrorçulara qarşı əməliyyatı davam edir

İraq ordusu xalq qüvvələrini dəstəkləyərək, Fəllucə şəhərinin şimal məhəlllərindən birini İŞİD-in işğalından azad edib.
 
Maide.az-ın məlumatına görə, İraqın Müdafiə Nazirliyi dünən gecə bəyanat yayaraq, ordunun xalq qüvvələrinin himayəsi ilə Fəllucənin şimalındakı Zəqlaviyyə şəhərinin Əlfəni məhəlləsini İŞİD-in işğalından azad etdiklərini açıqlayıb.
 
Həmçinin Ələnbar vilayətinin əməliyyat komandiri Qasim Muhəmmədi bildirib ki, təhlükəszilik qüvvələrinin terrorçuların Ərrəmadi ilə Fəllucə arasındakı əlaqə və sursatdaşıma yollarını kəsmək üzrə hərbi əməliyyatı davam edir. 
 
Fəllucə İŞİD-in mühüm və ən böyük sığınacaqlarından biri və Ələnbar vilayətindəki əsas qərargahıdır. Ordu bu şəhərin Ərrəmadi ilə əlaqə yolunu kəsərək, bu vilayətin terrorçuların işğalından tam şəkildə azad edilməsi üçün lazımi tədbirlər görməyə çalışır.

Google+ WhatsApp ok.ru