İraq məclis başçısı: İraq İŞİD-ə məzar olacaq

İraq Məclisinin başçısı Səlim əl-Cuburi İŞİD terrorçularına ölkəsinin torpaqlarını tərk etmələri çağırışını edib.
 
Maide.az-ın məlumatına görə, paytaxt Bağdadda təşkil edilən intihar hücumunda dünyasını dəyişən millət vəkili Əhməd əl-Hafacinin cənazə mərasimində danışan Cuburi İŞİD terrorçularına qarşı, "sizə maliyyə verən və bura göndərən torpaqlara gedin, nə işiniz varsa, orada görün. Qalmağı seçsəniz İraq sizə məzar olacaq", - deyəb.
 
İraqlıları hədəf alan terror həqiqətinin və şəxsiyyətinin açıq şəkildə göründüyünü söyləyən Cuburi, vətəndaşlarının İŞİD-ə qatılmayacağını və İŞİD üçün döyüşməyəcəyini bildirib.
 
Bağdadın şimalındakı əl-Kazımiyyə istiqamətində millət vəkili Hafacinin konvoyunun keçdiyi vaxt dünən təşkil edilən hücumda millət vəkilinin yanında 6 nəfər dünyasını dəyişmiş, 20-si isə yaralanmışdı. Hücumun məsuliyyətini İŞİD boynuna götürmüşdü.

Google+ WhatsApp ok.ru