Pakistan Talibanının 5 lideri İŞİD-ə qatıldı

Maide.az xəbər verir ki, Pakistan Talibanının mətbuat katibi Şahidullah Şahid açıqlamasında özü ilə təşkilatın beş əhəmiyyətli komandirinin İŞİD lideri Əbubəkr əl-Bağdadiyə qoşulduğunu deyib.
 
Açıqlamada Pakistan Talibanının Xeybər Pakhtun Huvah vilayətindəki Pişaver şəhəri, Hangu mahalı və tayfalar bölgəsi Orakzay, Xeybər, Kurram bölgələri komandirlərinin İŞİD lideri Bağdadiyə bağlığı elan edilib.
 
Təşkilatın əhəmiyyətli şəxslərinin İŞİD-ə beyət açıqlamasında baxmayaraq, daha əvvəl İŞİD-ə dəstəyini açıqlayan Pakistan Talibanının lideri Molla Fazlullahın İŞİD lideri Bağdadiyə beyət etmədiyi bildirilir.

Google+ WhatsApp ok.ru