İraq Müdafiə Nazirliyi: 'ABŞ qoşunları İraqda bir aydan artıq qala bilməz'

İraq Müdafiə Nazirliyi: 'ABŞ qoşunları İraqda bir aydan artıq qala bilməz'

İraq Müdafiə Nazirliyi Bağdadın Vaşinqtonun Suriyadan gələn qoşunları bir aydan çox İraqda saxlamasına icazə verməyəcəyini açıqlayıb.

Bu barədə İraq mətbuatı məlumat yayıb.

Məlumata görə, İraq Müdafiə Nazirliyinin mətbuat katibi verdiyi açıqlama zamanı bildirib ki,  ABŞ qoşunları İraqda bir aydan artıq qala bilməz:

"İraq hökuməti ABŞ-ın Suriyadan İraq ərazisinə gətirdiyi qoşunlarına bir aydan çox icazə verməyəcək".

O həmçinin qeyd edib ki, ABŞ qoşunları İraq hökumətinin razılığı ilə İraqa daxil olub və hazırda Kürdüstan bölgəsi ərazisindədir. /eastnees

Google+ WhatsApp ok.ru