İraqın baş naziri Heydər Əl-İbadi: İŞİD-i məhv edəcəyik

İraqın baş naziri Heydər Əl-İbadi İraqın Kərbəla şəhərindən heyətlə keçirdiyi görüşdə yaxın gələcəkdə bu ölkədə İŞİD terrorçularına qarşı aparılan əməliyyatların onların kökünün kəsilməsi ilə nəticələnəcəyinə ümid etdiyini bildirib.
 
Maide.az xəbər verir ki, İraq ordusunun Səlahəddin və Al-Anbar kimi bölgələrində irəliləməsindən sonra İŞİD terrorçularının geri çəkildiyinə diqqət çəkən Əl-İbadi İraq ordusunun hər ötən gün qələbəsinə qələbə qatdığını, Mosula doğru irəlilədiyini bildirib.
 
Əl-İbadi İraq ordusunun İŞİD terrorçularını məhv etmək üçün əzmli şəkildə irəlilədiyi və xarici qüvvələrin İraqa hərbi müdaxiləsinə qarşı olduqlarına diqqət çəkərək, bəzi ölkələrin İŞİD terror təşkilatlarına fəal yardım etməsinin İŞİD terrorçularını ruhlandırdığını, halbuki yardımların dayandırılması halında İŞİD-in qısa müddətdə İraq ordusu tərəfindən məhv ediləcəyinə diqqət çəkib.

Google+ WhatsApp ok.ru