İraqın baş naziri Moskvada səfərdədir

İraqın baş naziri Heydər əl-İbadi Rusiya paytaxtına gəlib.
 
Maide.az-ın məlumatına görə, əl-İbadinin səfərinin əsas məqsədi silah alışı ilə bağlı razılıq əldə etməkdi.
 
Bu gün İraqın baş naziri Rusiya prezidenti Vladimir Putinlə görüşəcək. Əl-İbadi silah təchizatı ilə yanaşı Rusiya prezidenti ilə təhlükəsizlik və enerji sahəsində əməkdaşlıq məsələlərini müzakirə edəcək.
 
Qeyd edək ki, İraq ötən il Rusiyadan qırıcı təyyarələr və hərbi helikopterlər almışdı. 

Google+ WhatsApp ok.ru