İraqın Beyci şəhərində çoxlu sayda Səudiyyə və çeçen əsilli terrorçu məhv edilib

İraqın Beyci şəhəri səudiyyəli və çeçenistanlı terrorçuların cəsədləri ilə dolub.
 
Ölkənin könüllü briqadalarına aid “Əhlil-Haqq" batalyonları Beyci qəzasının Bu-Carrad bölgəsində İŞİD-i pusquya sala bilib. Burada onlarla İŞİD terrorçusu məhv edilib. Onların bir qismi Səudiyyə Ərəbistanı və Çeçenistandan gələn terrorçular olduğu məlum olub.
 
İraqda terrorçulara qarşı əməliyyatlar əl-Ənbarın digər regionlarında da aparılıb. Əyalətin Fəlluca şəhəri ərazisində bir səudiyyəli daxil olmaqla 6 terroçu zərərsizləşdirilib.
 
İraq Daxili İşlər Nazirliyi digər bir məlumatda əyalətin Hit qəzasında İŞİD qərargahlarından birinə endirilən hava zərbəsində 23 terroçunun məhv edildiyini bildirib.
 
Hazırda İraq ordusu, Xalq Səfərbərlik Qüvvələri və “Peşmərgə” ölkənin Ənbar, Səlahəddin, Neynəva və Kərkük əyalətlərində İŞİD terror təşkilatına qarşı hərbi əməliyyatları davam etdirir.(salamnews)

Google+ WhatsApp ok.ru