İraqın Hizbullah komandirlərindən biri terror edilib

İraqın Hizbullah komandirlərindən biri terror edilib

Naməlum silahlı şəxslər İraqın cənubunda Bəsrə əyalətində Hizbullah komandirlərindən birini terror edib. 
 
Maide.Az xəbər verir ki, “burathanews” saytının məlumatına görə, İraq Hizbullahının baş katibi Basim Əl-Musəvi Bəsrə əyalətində terror edilib. 
 
Hadisə  Bəsrə əyalətinin mərkəzində əl-Həyaniyyə bölgəsində “əl-Seyyid” küçəsində baş verib. Silahlı şəxslərin açdığı atəş nəticəsində Basim Əl-Musəvi şəhid olub, yanında olan şəxslərdən biri isə yaralanıb. 
 
Hadisə ilə bağlı cinayət işi açılıb və araşdırmalar davam edir. Əlavə məlumat verilməyib. 

Google+ WhatsApp ok.ru