İraqın könüllü xalq qüvvələri Tikrit-Mosul yoluda genişmiqyaslı əməliyyata başladı

İraqın könüllü xalq qüvvələri Tikrit-Mosul yoluda genişmiqyaslı əməliyyata başladı

İraqın "Həşd əş-Şəbi" könüllü xalq qüvvələri Tikrit-Mosul yolu üzərində genişmiqyaslı bir əməliyyata başlayıb.
 
"Əl-Mənar" televiziyasının xəbərinə əsasən, Əl-Haşduş Şəbi qüvvələri Şirkat bölgəsinin şimalı və şimal-şərqi ilə Tikrit-Mosul magistral yolunu İŞİD-in işğalından azad etmək üçün genişmiqyaslı bir əməliyyata start verib. Əl-Haşduş Şəbidən əməliyyatla bağlı verilən açıqlamada, Tikrit-Mosul yolu üzərindəki Cabir Huvəydi, Hindi, İdmanə və Feyyad Sələc kəndlərində nəzarətin bərpa olunduğu bildirilib.
 
"Həşd əş-Şəbi" qüvvələrinin sözçüsü Əhməd Əl-Əsədi başlanılan əməliyyatın hədəfinin Məqhul dağları ilə Hac Əli kəndi arasındakı Tikrit-Mosul magistral yolunun təhlükəsizliyini təmin etməkdən ibarət olduğunu söyləyib. (deyerler) /

Google+ WhatsApp ok.ru