İraqın Müdafiə Nazirliyi: `Qərbi Mosulun 98 faizi ordunun nəzarətindədir`

İraqın Müdafiə Nazirliyi: `Qərbi Mosulun 98 faizi ordunun nəzarətindədir`

ABŞ-ın rəhbərlik etdiyi İŞİD-ə qarşı beynəlxalq koalisiya qüvvələrinin sözçüsü Con Dorrian İŞİD-in İraqın Mosul şəhərində "tam məğlubiyyətinin astanasında" olduğunu deyib.
 
Bağdadda keçirilən mətbuat konfransında danışan Dorrian, İŞİD yaraqlılarının şəhərdə tamamilə mühasirə altında olduğunu bildirib.
 
İraqın Müdafiə Nazirliyinin sözçüsü general-mayor Yəhya Rəsul da Mosulun qərbinin 98%-nin ordunun nəzarətinə keçdiyini söyləyib. "İŞİD şəhərdə yalnız 12 kvadrat kilometrlik əraziyə nəzarət edir", - deyə Yəhya Rəsul bildirib.
Ordu rəsmiləri şəhərdəki vətəndaşlara maşından istifadə etməmələri barədə xəbərdarlıq edib. İraq ordusu İŞİD-in bomba ilə yüklü motosiklet və maşınlarla edə biləcəyi hücumların qarşısını almaq üçün küçədə hərəkət vəziyyətində gördükləri hədəfləri vurmağı planlaşdırır.
 
İraqın Əl-Haşduş Şəbi könüllü xalq qüvvələrinin sözçüsü Əhməd Əl-Əsədi Əl-Kirvan əməliyyatın əvvəlindən indiyə qədər Mosulun qərbində 36 kəndin işğaldan azad edildiyini bildirib.
Əl-Kirvan əməliyyatının ikinci mərhələsinin başlanmasını çox mühüm olduğunu deyən Əl-Əsədi, Təl-Afərin İraq qüvvələri tərəfindən mühasirəyə alınmasından sonra İŞİD terror təşkilatının Kirvan və Baac bölgələrini öz komandanlıq qərargahları seçdiyini bildirib.(deyerler) /

Google+ WhatsApp ok.ru