İraqın təhlükəsiz qüvvələrindən 35 min nəfər İŞİD-lə mübarizədə həyatını itirib

İraqın təhlükəsiz qüvvələrindən 35 min nəfər İŞİD-lə mübarizədə həyatını itirib

-- daha 35 min nəfər isə yaralanıb

İraqlı hərbi mənbə  İŞİD-lə mübarizədə İraqın təhlükəsiz qüvvələrindən 35 min nəfərin həyatını itirdiyini və daha 35 min nəfərin isə  yaralandığını açıqlayıb. 
 
Maide.Az xəbər verir ki,  “iraqinews” saytının məlumatına görə,  hərbi mənbə ölən və yaralanan təhlükəsizlik qüvvələrinin  Ordu, Polis və Həşd-Şəbi könüllü birqadalarının üzvlərindən olduğunu bildirib. 
 
İraq hökuməti  şəhid olan şəxslərin ailələrini öz himayəsinə götürüb və yaralılara yardımlar edilir. 
 
Hərbi qaynaq İŞİD-lə mübarizəni  İraq tarixinin ən dağıdıcı müharibələrindən biri adlandırıb. BU müharibədə ölkə infrastrukturunun böyük hissəsinin sıradan çıxdığı vurğulanıb. 
 
BMT-nin hesabatına görə,  2014-cü ildən İŞİD-lə müharibə səbəbindən 5 milyona yaxın iraqlı evlərindən didərgin düşüb. 
 
İraq baş naziri Heydər Əl-İbadi  ötən həftə  İŞİD-lə 3 illik müharibənin sona çatdığını elan edib. 
 

Google+ WhatsApp ok.ru