İraqın Tikrit şəhəri İŞİD-in işğalından tamamilə azad oldu

İraqın Əlnəcba Xalq Hərəkatının baş katibi Şeyx Əkrəm Əlkəəbi Tikrit şəhərinin İŞİD terrorçularının işğalından tam şəkildə azad olunduğunu elan edib.
Maide.az İraq KİV-lərinə istinadən məlumat verir ki,  İraqın Əlnəcba Xalq Hərəkatının baş katibi Şeyx Əkrəm Əlkəəbi deyib ki, Tikritin azad edilməsi uğrunda əməliyyat çərşənbə axşamı günü səhər başlaıb. "Əməliyyatda hərbi qüvvələrlə yanaşı xalq könüllü  qüvvələri,  hava qüvvələrinin və artilleriyanın dəstəyi olub. Əməliyyat zamanı terrorçuların mühasirəsi dahada daraldılıb və döyüşçülər şəhərin əsas küçələrinə daxil olublar. Hazırda Tikrit şəhəri İraq ordusunun nəzarətindədir"
Qeyd edək ki, ötən həftədən İraq ordusu, könüllülər və köçəri tayfalar Səlahəddin əyalətinin ərazilərinin İŞİD ünsürlərindən təmizlənməsi məqsədi ilə geniş miqyaslı əməliyyata başlamışdı. Tikrit şəhərinin azad olunması ilə yanaşı həmdə onun ətrafında 25 kəndində İŞİD terrorçuların işğalından azad olunduğu bildirilir. /
 

Google+ WhatsApp ok.ru