Prokuror özünü binadan aşağı atdı

Xəstəxanaya aparılsa da onun həyatını xilas etmək mümkün olmayıb
 
Türkiyədə prokuror Məhəmməd Süheyb Şentürk intihar edib. Sakarya Sapanca mahalının prokuroru Bursada ailəsini ziyarət edəndən sonra özünü öldürüb. 
 
29 yaşlı prokurorun yaşadığı binadan özünü yerə atdığı ehtimal olunur. Onu yaralı halda yaxınlıqda tikinti aparan şirkətin fəhlələri görüb və təcili yardıma xəbər veriblər. 
 
Təcili Tibbi Yardım Xidməti Şenturku Uludağ Universiteti Tibb Fakültəsinin Xəstəxanasına çatdırsa da onun həyatını xilas etmək mümkün olmayıb. 
 
Şentürk prokuror kimi işə 2013-ci ilin avqust ayında başlayıb. Onun təxminən bir ay əvvəl əsgərliyini tamamlayaraq yenidən vəzifəsinə başladığı bildirilib.  ans/

Google+ WhatsApp ok.ru