İraqın Tikrit şəhəri azad edilib! - Foto

Ötən gün İraqın baş naziri Heydər əl-İbadi televiziyadan bütün xalqa Tikrit şəhərinin tamamilə azad edildiyi haqda məlumat verib.
Maide.az xəbər verir ki, artıq martın 31-də yenidən Tikrit Şəhər İcra Hakimiyyəti binasının üzərindən İraqın bayrağı dalğalanmağa başlayıb. Əl-Aləm xəbər portalı bildirib ki, bu əməliyyatda İŞİD-in 40 terrorist üzvü məhv edilib ki, onların hamısı ərəb ölkələrinin vətəndaşları olub.
Son məlumatlara əsasən, İraqın dövlət qoşunları və könüllülərdən ibarət xalq qüvvələri ötən gündən başlayaraq özünün üçüncü əməliyyat mərhələsinə keçib və demək olar, terrorist ünsürlər şəhərin mühüm nöqtələrindən tamamilə təmizlənilib.
Baş nazir əl-İbadi onu da qeyd edib ki, Tikritdən sonra birləşmiş qoşunlar əl-Ənbar və Mosul şəhərlərinin azadlığı istiqamətində əməliyyatlara başlayacaqlar. Halbuki Amerikanın başçılığı altındakı koalisiyanın hava qoşunlarının ara-sıra həyata keçirdiyi bombardman əməliyyatlarında indiyədək müsbət bir nəticə müşahidə olunmayıb./
 
عکس سلفی یک خبرنگار پس از آزادسازی شهر تکریت
 

 

Google+ WhatsApp ok.ru