İstanbulda girovluqdan azad edilən prokuror xəstəxanada öldü

Türkiyədə təhlükəsizlik qüvvələrinin keçirdiyi əməliyyat zamanı prokuroru girov götürmüş iki nəfər öldürülüb, prokurorun özü isə ağır yaralanıb.
 
Reuters agentliyi xəbər verir ki, prokuror Mehmet Selim Kiraz hazırda xəstəxananın reanimasiya şöbəsində böhranlı vəziyyətdədir.
 
Təhlükəsizlik qüvvələri bildirib ki, içəridən atəş səsləri eşidildikdən sonra hücum əməliyyatı barədə qərar qəbul olunub.
 
kommusnitlər tərəfindən girov götürülmüş prokuror Mehmet Selim Kiraz başından və sifətindən aldığı güllə yaralarından xəstəxanada həyatını itirib. Verilən məlumata görə, prokuror başından 3 güllə olmaqla ümumi 5  güllə yarası alıbmış.
Qeyd edək ki, terrorçuların da adları açıqlanıb. Onlar İnqilabçı Xalq Qurtuluş Partiyası Cəbhəsinin üzvləri  Şafak Yayla ve Bahtiyar Doğruyol olub. /

 

Google+ WhatsApp ok.ru