İraq ordusu: Əl-Bağdadi yaralanıb, 25 İŞİD üzvü öldürülüb

İraq Birgə Əməliyyat Komandanlğının sözcüsü  deyib ki, İŞİD terror qruplaşmasının lideri İraqa məxsus qırıcı təyyarələrin aviazərbələri nəticəsində yaralanıb.
Maide.az xəbər verir ki, İraq Birgə Əməliyyat Komandanlğının nümayəndəsi bildirib ki,  İŞİD terror qruplaşmasının lideri Əbubəkr Əl-Bağdadi İraq qırıcı təyyarələrinin hücumu nəticəsində yaralanıb və avtomobillərdən biri vasitəsilə ərazidən uzaqlaşdırılıb.
Bombardman zamanı əl-Bağdadinin daha 3 müavini əl-Şişani, əl-Suri və əl Karbuli öldürülüb.
Məlumata görə, əl-Şişani İŞİD daxilində təbliğat məsələlərinə məsul olub, əl-Karbuli isə qruplaşmanın ən yaxşı komandirlərindən hesab edilib.
Oktyabrın 11-də İraq hərbçiləri əl-Bağdadinin Karabla şəhərinə gedən avtokolonuna aviazərbə endirdiklərini bəyan ediblər.
Qeyd edək ki, Karabla Suriya sərhədi yaxınlığında yerləşir və İŞİD qüvvələrinin əsas dayaqlarından sayılır. /

Google+ WhatsApp ok.ru