Əfqanıstanda NATO helikopteri düşdü

Əfqanıstanın paytaxtı Kabildəki NATO bazasında hərbi helikopterin enişi zamanı baş verən qəza nəticəsində ölü və yaralıların olduğu bildirilir.
 
Maide.az xəbər verir ki, Kabildəki NATO qüvvələrindən səsləndirilən açıqlamada, "Puma Mk 2" tipli hərbi helikopterin bazaya eniş edərkən yerə çırpıldığı və qəzada 5 NATO əsgərinin öldüyü deyilir.
 
NATO qəzada ölən və yaralananların milliyyətlərini açıqlamayıb. İngiltərə Müdafiə Nazirliyi Kral Hava Qüvvəsindən 2 əsgərin ölənlər arasında olduğunu bildirib.

Google+ WhatsApp ok.ru