İraq ordusu bir şəhəri İŞİD-dən azad etdi

İraq ordusu ölkənin şimalındakı Bayci şəhərini "İŞİD" terrorçularından azad edib.
 
APA-nın BBC-yə istinadən verdiyi xəbərə görə, bunu İraq ordusunun komandanlığı bəyan edib.
 
Məlum olduğu kimi, Baycidə İraqın ən iri neft emalı zavodlarından biri yerləşir. Bəzi məlumatlara görə, neft müəssisəsi uğrunda döyüşlər davam etməkdədir.
 
“İraq-Şam İslam Dövləti” (İŞİD)  qruplaşması Baycı şəhərindəki neft emal kompleksini iyunda ələ keçirmişdi. Şəhər paytaxt Bağdaddan 200 km aralıda yerləşir. /
 

Google+ WhatsApp ok.ru