İsrail rejimi Aşura mərasimində Seyid Həsən Nəsrullaha sui-qəsd təşkil edəcəkmiş

İsrail rejiminin ötən həftə təşkil edilən Aşura mərasimində Hizbullah lideri Seyid Həsən Nəsrullaha sui-qəsd təşkil etməyi planlaşdırdığı, ancaq müvəffəqiyyətli ola bilmədiyi bildirildi.
 
Maide.az xəbər verir ki, Hollandiyada dərc edilən "De Telegraaf" qəzetinin məlumatına görə, İsrail rejiminin sui-qəsd planları məntiqi mane səbəbindən nəticəsiz qalıb.
 
Yüksək çinli bir avropalı təhlükəsizlik səlahiyyətlisi qəzetə verdiyi açıqlamada bildirib ki, İsrail əvvəlcədən Nəsrullahın xalq qarşısına çıxması halında sui-qəsd planı həyata keçirəcəkmiş.
 
İsrail rejiminin "Seriaat Matkal" adlı xüsusi qüvvələrinin Nəsrullahın Aşura mərasiminə qatılacağı məlumatına əsaslanaraq, hazırlıqlara başladığını deyən səlahiyyətli, "Nəsrullahın az dağıdıcı, ancaq öldürücü bir raketlə vurulması hədəflənmişdi. Beləcə, hadisəyə bir partlayıcının partlaması və ya intihar hərəkəti görüntüsü veriləcəkdi", - söyləyib.
 
Qəzetə məlumat verən İsrailli yüksək çinli zabit isə Hizbullah tərəfindən Aşura münasibətiylə yaradılan yeni birlik Nəsrullahın yaxınlarını İsrailin pilotsuz təyyarələrinin bölgədə uçuş həyata keçirdiyi barədə xəbərdar etdiyini söyləyib.
 
İsrailli zabit Hizbullah əsgərlərinin geydikləri Rusiya istehsalı olan rəqəmsal müşahidə kameraları sayəsində təyyarələrin hərəkətə keçdiklərini və Livan hava sahəsinə daxil olduqlarını aşkar etdiklərini deyib.

Google+ WhatsApp ok.ru