İraq ordusu İŞİD-in yeraltı həbsxanasından 1500-dək əsiri azad edib

  İraq ordusu İŞİD terror qruplaşmasının həbsxanasından 1500-dək əsiri azad edib. APA-nın “Frans Press”ə istinadən verdiyi xəbərə görə, İraq hərbçiləri əsir saxlanılan şəxsləri Anbar əyalətinin Xit şəhəri uğrunda gedən döyüşlər zamanı aşkarlayıblar.  
 
Polis polkovniki Fadel ən-Nimravi bildirib ki, gizli “həbsxana” terrorçular tərəfindən yerin altında yaradılıb. Orada saxlanılan 1500-dək  əsir və girovlar hərbçilər tərəfindən azad edilib. Onların əksəriyyətinin mülki şəxs olduğu bildirilir. /

Google+ WhatsApp ok.ru