İraq parlamentinin üzvü: `Bərzani müstəqil kürd ölkəsi təşkil etməyə çalışır`

İraq parlamentində Bədr fraksiyasının nümayəndəsi bildirib ki, İraq Kürdüstanı məntəqəsinin başçısı Məsud Bərzani müstəqil kürd ölkəsi təşkil etməyə çalışır.
 
Maide.az-ın məlumatına görə, Səham Əlmusəvi deyib ki, İraq Kürdüstanı məntəqəsinin sədrliyinə üçüncü dəfə dalbadal yiyələnmək səyi uğursuz qalmış Bərzani Amerikanın köməyi ilə müstəqil kürd ölkəsinin elan olunması axtarışındadır. 
 
O əlavə edib ki, Bərzanin Amerikaya səfərində məqsədi, bu ölkənin müstəqil kürd ölkəsi təşkilini himayəsini cəlb etmək və hazırkı şəraitdən bəhrələnməkdir. 
 
Səham Əlmusəvi deyib: "Bərzaninin ABŞ konqresinin İraqın mərkəzi dövlətinin icazəsi olmadan müstəqil bir qurum kimi Kürdüstan məntəqəsinə silah yardımına dair qərarını dəstəkləməsi kürd ölkəsnin təşkilinin başlanması mənasındadır. ABŞ konqresinin İraq kürdləri və sünnilərini silahlandırmaq üzrə qərarı İraqın istiqlaliyyəti və ərazi bütövlüyünə qarşı hörmətsizlik və onun parçalanması istiqamətində bir addımdır. İraq Kürdüstanı məntəqəsi daim bu ölkə xalqının zərərinə olan mövcud şəraitdən bəhrələnibdir."

Google+ WhatsApp ok.ru