Terror hücumunda 13 Misir hərbçisi yaralanıb, 1 polis ölüb

Maide.az-ın məlumatına görə, silahlı şəxslər dünən Misirin Sina məntəqəsində Rəfəhin şimal-şərqində misirli təhlükəsizlik qüvvələrinin qərargahına doğru minaatanla bir neçə dəfə atəş açıblar. Nəticədə 13 nəfər yaralanıb. Yaralılardan 4-nün vəziyyətinin ağır olduğu bildirilir. 
 
"Mousuə əl-Nəhreyn" internet portalının məlumataına görə, naməlum silahlı şəxslər həmçinin Sina vilayətində əş-Şeyx Zəvid polis mərkəzinə də hücum ediblər. Nəticədə bir polis həlak olub, bir nəfər də yaralanıb.

Google+ WhatsApp ok.ru