İraq və Suriyada İŞİD terror qruplaşmasına ağır zərbələr endirilib

Bu barədə ABŞ Mərkəzi Konamdanlığının (CENTCOM) açıqlamasında bildiriblər.
 
Maide.az-ın məlumatına görə, ABŞ qırıcıları Suruya və İraqda İŞİD-in mövqelərinə 23 dəfə hücum edib. Hücumlardan 18-i Suriyada həyata keçirilib, əsasən Kobani şəhərindəki İŞİD mövqeləri bombalanıb.
 
Açıqlamada bildirilir ki, bombardman zamanı İŞİD-in mövqeləri darmadağın edilib, İŞİD-ə aid 16 bina dağıdılıb.
 
İraqda isə Hadisə Anbarı şəhəri yaxınlığında İŞİD-ə məxsus silahla dolu maşın karvanı, Bəyçi yaxınlığında isə 4 hava hücumu nəticəsində terrorçuların bir binası, hərbi texnikası, bir neçə topu məhv edilib.
 
ABŞ Mərkəzi Konamdanlığının bildirdiyinə görə, bu hücumlar nəticəsində İŞİD-ə ilk dəfə olaraq belə ağır zərbə vurulub.

Google+ WhatsApp ok.ru