İngiltərənin baş naziri Kamerondan Fələstin açıqlaması

İngiltərənin baş naziri David Kameron İngiltərə Parlamentinin aşağı qanadında hər həftə keçirilən "Baş nazirə suallar" iclasında parlamentdə qəbul edilən Fələstin təklifi və İŞİD ilə mübarizə kimi mövzularda açıqlamalar verib.
 
Maide.az-ın məlumatına görə, iclasda Liberal Demokrat Partiyadan olan millət vəkili David Vard Fələstinin tanınmasına aid səsvermə nəticəsini xatırladaraq, "Kameronun bu mövzuda tarixi bir addım atıb atmayacağını" soruşub. Kameron suala bu cavabı verib:
 
"İngiltərənin Fələstin dövlətini tanıyacağı günü əlbəttə dörd gözlə gözləyirəm. Ancaq bu, iki dövlətli bir həlli təmin edən müzakirələrin bir parçası olmalıdır. Hamımız İsrailin Fələstin dövlətiylə yan-yana yaşadığını görmək istəyirik."
 
Qeyd edək ki, İngiltərə Parlamenti Fələstinin dövlət olaraq tanınmasına dair təklifi 12-ə qarşı 274 səslə qəbul etmişdi.

Google+ WhatsApp ok.ru