İraq xalqı Bəhreyn səfirinin ölkədən deportasiya edilməsini tələb etdi

İraq xalqı Bəhreyn səfirinin ölkədən deportasiya edilməsini tələb etdi

İraq xalqı Bəhreyndə Ali Xəlifə rejiminin Əhli-Beyt (ə) ardıcıllarından olan 3 gənc fəalı edam etməsini qınayaraq, hökumətdən Bəhreynin İraqdakı səfirliyini bağlamasını və səfirini də deportasiya etməsini tələb ediblər.
 
Yanvarın 20-də Bəsrədə təşkil olunan mitinqdə iştirak edən minlərlə iraqlı Bəhreyndə edam olunan 3 gəncin ailəsi ilə həmrəy olduqlarını bəyan ediblər. Nümayişçilər bu gənclərin edam edilməsinin tamamilə Bəhreyn rejiminin siyasi təzyiqləri çərçivəsində baş verdiyini bildiriblər.
 
Ali Xəlifə rejiminə qarşı şüarlar səsləndirən nümayişçilər, Bəhreyn xalqının sülhsevər müqavimətinә dəstək veriblər və Bəhreyndəki rejimindən mürtəce siyasətindən əl çəkməsini tələb ediblər.
 
İraqın Kərbəla şəhərində yaşayan bəhreynlilər yanvarın 20-də edam olunan üç bəhreynli gənc üçün әza mərasimi keçiriblər.(deyerler.org)
 

Google+ WhatsApp ok.ru