Rauf Mirqədirov müalicə müəssisəsinə köçürülür

MTN-in təcridxanasında saxlanılan jurnalist Rauf Mirqədirov bu gün tibbi müayinə üçün Penitensiar Xidmətin müalicə müəssisəsinə köçürüləcək. Bu barədə Turan-a onun vəkili Fuad Ağayev bildirib.
 
Qeyri-rəsmi mənbələrin məlumatına görə, R.Mirqədirovun səhhətində ciddi problemlər var.  Avqustun əvvəllərində jurnalist Leyla və Arif Yunusların işi üzrə prosesdə dindirilib. O zaman prosesi izləyən hüquq müdafiəçisi Mirvari Qəhrəmanlı R.Mirqədirovun çox arıqladığını və ağrılardan əziyyət çəkdiyini demişdi.
 
R.Mirqədirov 2014-cü ilin aprelində Türkiyədən deportasiya olunduqdan dərhal sonra dövlətə xəyanət ittihamı ilə həbs edilib.
 
O bu ittihamı qəti şəkildə rədd edir. Həbsin əsl səbəbi dövlətə xəyanətdə ittiham olunan Leyla Yunusun layihələrində iştirak etməsidir. /

Google+ WhatsApp ok.ru