Şri-Lanka Buddist lideri müsəlmanlar əleyhinə  çağırış edib

Şri-Lanka Buddist lideri müsəlmanlar əleyhinə çağırış edib

Şri-Lanka Buddist lideri müsəlmanlar əleyhinə çağırış edib. 
 
Maide.Az xəbər verir ki, ifratçı Buddist lideri Galagoda Gnanasaranın çağırışı ilə son 5 həftə ərzində Şri-Lankada müsəlmanlar əleyhinə hücumlar artıb. Belə ki, bu müddət ərzində müsəlmanlara məxsus mağaza və məscidlərə 20 dəfə hücumlar olunub. 
 
Şri-Lanka Müsəlmanları Şurasının rəhbərlərindən Helmi Əhməd polisin bu hücumlar qarşısında sükutunu pisləyib. “Müsəlmanlar əleyhinə edilən hücumlar və zorakılıqları araşdırmaq polis üçün proritet deyil və bu bizi naümid edir”.
 
Qeyd edək ki, Gnanasara 2012-ci ildən ifratçı qrupa başçılıq edir. 2014-cü ildə Şri-Lankanın cənubunda müsəlmanlar yaşayan bölgələrə hücumlar təşkil etmişdi. Həmin hücumlar nəticəsində çox sayda müsəlman öldürülmüş və yaralanmışdı. Müsəlmanlara aid evlər, zavodlar, mağazalar və məscidlər dağıdılmışdı. 
 
2015-ci ildə Şri-Lankada seçkilər keçirildiyi üçün ifratçı buddistlər bir müddət fəaliyyətlərini dondurmuşdur. İfratçı buddistlər arıtq neçə aydır ki, müsəlmanlar əleyhinə çağırışlar etməyə başlayıb. 
 
Müsəlmanlar Şri-Lanka əhalisinin 10 faizini təşkil edir. /
 

Google+ WhatsApp ok.ru