Şri-Lankada zibil qalağı evlərin üzərinə düşüb - 30 nəfər həlak olub

Şri-Lankada zibil qalağı evlərin üzərinə düşüb - 30 nəfər həlak olub

Şri-Lankanın paytaxtı Kolomboda zibil qalağının yaşayış evlərinin üzərinə düşməsi nəticəsində 30 nəfər həlak olub.
 
Trend-in məlumatına görə, bir neçə gün əvvəl baş vermiş hadisə ilə əlaqədar axtarışlar davam etdirilir.
 
Məlumatda qeyd olunur ki, nəhəng zibil qalağının çökməsi nəticəsində 100-ə yaxın gecəqondu ev dağıntılar altında qalıb. 500-dən çox adam evindən məhrum olub.
 
Xilasedicilər bölgədə çoxlu sayda itkin düşənlərin olduğunu ehtimal edir. /

Google+ WhatsApp ok.ru