Roma papası Rohingiya müsəlmanlarının hüquqlarının qorunması üçün çağırış edib

Roma papası Rohingiya müsəlmanlarının hüquqlarının qorunması üçün çağırış edib

Roma Papası Fransisk Rohingiya müsəlmanlarının dərdinə şərikdir və onların hüquqlarının qorunmasını istəyib. 
 
Maide.Az xəbər verir ki, "Catholic News Agency"-in məlumatına görə, Roma papası rohingiyalı qardaş və bacıların narahatedici xəbərlərini izləyir və xalqdan onların nicatı üçün dua etməyi istəyib.
 
Myanmarda Rohingiya müsəlmanlarına qarşı represiyaların yeni dalğası başlayıb. İndiyədək artıq 80-dən çox müsəlman öldürülüb.
 
Bir neçə həftə öncədən Myanmar hökuməti  təhlükəsizlik qüvvələrinin sayını Raxin əyalətində artırıb. Beynəlxalq qurumlar müsəlmanlara qarşı yenidən qətliamların və zorakılıqların başlanmasından narahat olaraq Myanmar hökumətinin bu addımını pisləyib. 
 
Son günlər Myanmar təhlükəsizlik qüvvələri müsəlman kəndlərini yandırır, evləri dağıdır, gənc kişiləri öldürür və qadın və uşaqları isə bölgədən köçürür.  Təhlükəsizlik qüvvələri həmçinin bölgədə yaşayan 4 minə yaxın qeyri-müsəlman əhalini bölgədən köçürüb. /

Google+ WhatsApp ok.ru