Yunanıstanda şəhər merinə hücum edilib

Yunanıstanda şəhər merinə hücum edilib

Yunanıstanda bir nəfər Elevsin şəhərinin merinə bıçaqla hücum edib.
 
Trend-in məlumatına görə, hücum nəticəsində mer yaralanıb. İki bıçaq yarası alan Yorqos Tsukalos xəstəxanaya yerləşdirilib.
 
Polis hücum edən şəxsin qısa müddət əvvəl meriyada işdən azad edildiyini müəyyənləşdirib. Həmin şəxs axtarışlardan sonra həbs edilib.

Google+ WhatsApp ok.ru