Rus hakerlər Pentaqonun kompüter sisteminə hücum edib

Rus hakerlər ABŞ Müdafiə Nazirliyinin kompüter sisteminə hücum ediblər. Bu barədə Müdafiə naziri Eşton Karter məlumat verib. Onun sözlərinə görə, kiberhücum sirr sayılmayan məlumatlar bazasına olub və 24 saat sonra müdaxilənin qarşısı alınıb. Nazir hesab edir ki, ABŞ hökuməti bu cür hücumlara qarşı müdafiəni gücləndirmək üçün ABŞ-ın aparıcı texnologiya şirkətləri ilə iş aparmalıdır.
 
Qeyd edək ki, bu il ərzində rus hakerlər bir neçə dəfə ABŞ-ın ayrı-ayrı dövlət orqanlarının kompüter sisteminə kiberhücum həyata keçiriblər.

Google+ WhatsApp ok.ru