Sionist rejim qırıcıları Qəzzəyə hücum edib

Sionist rejim qırıcıları Qəzzənin şimalına hücum ediblər.
 
Maide.az-ın "Yediot Aharonot" qəzetinə istinadən məlumatına görə, sionist rejim dünən gecə Həmas-ın raket hücumuna məruz qaldığını iddia edərək, Qəzzanın şimalındakı Beyt Hanun şəhərinə qarşı raket hücumu edib. Hələ bu hücumun ehtimal olunan tələfatı haqda heç bir məlumat yayılmayıb. 
 
Digər tərəfdən, Həmas hərəkatı işğal olunmuş ərazilərə qarşı hər hansı raket hücumunu rədd edib.

Google+ WhatsApp ok.ru