Rusiya 1 milyon mühacirin ölkəyə girişini qadağan edəcək 09 Yanvar 2015 02:00 Dünya Rusiya Federal Miqrasiya Xidmətinin başçısı Konstantin Romodanovski müxtəlif ölkələrdən gəlmiş 1 milyondan çox mühacirin növbəti 10 il ərzində ölkəyə girişinin qadağan ediləcəyini bildirib. Maide.az AzərTAc-a istinadla xəbər verir ki, 2015-ci il yanvarın 10-dan qüvvəyə minəcək RF qanunvericiliyinə edilən dəyişikliklərə əsasən nəzərdə tutulmuş müddətdən artıq ölkədə qalma səbəbi ilə bir çox mühacirə 3 ildən 10 ilə qədər Rusiyaya giriş qadağan olunacaq. Rusiyaya mühacir axınının təxminən 70 faiz azaldığını deyən Federal miqrasiya xidmətinin başçısı Orta Asiyadan gələn mühacirlərin sayının azalması ilə yanaşı, Moldova və Ukraynadan mühacir axınının artığını da qeyd edib. Teqlər : #Rusiya 1 milyon mühacirin ölkəyə girişini qadağan edəcək, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Səud rejimini tənqid edən bloqqerə 10 il həbs və 1000 şallaq zərbəsi Dərbənddə Nizaminin abidəsinə qarşı vandalizm aktı
Əfqanıstanda məsciddəki terror nəticəsində şəhid olanların sayı 62-yə çatıb - YENİLƏNİB 3 (VİDEO/FOTO)
Putin: 'Rusiya ilə ABŞ-ın qarşılıqlı maraqları iki ölkə arasında münasibətlərin sabitləşməsinə imkan verəcək'
İranın Baş Qərargah rəisi Pakistanın Quru Qoşunlarının komandanı ilə regional məsələləri müzakirə edib
Bəhreyn polisi İsrailin Manamadakı səfirliyi qarşısında keçirilən aksiya iştirakçılarına hücum edib - FOTO