Rusiya əhalisinin 30 faizi müsəlmanlar olacaq

Rusiya əhalisinin 30 faizi müsəlmanlar olacaq

Son bir ildə Rusiyada əhali təxminən 87 min nəfər azalıb. Amma ölkədə müsəlmanların sayı artacaq.
 
Maide.Az “RT”-ə istinadən xəbər verir ki,   Rusiya müftilər şurasının rəhbəri Ravil Qaynutdin bu fikirdədir. 
 
Onun dediyinə görə, 15 il sonra Rusiya əhalisinin 30 faizini müsəlmanılar təşkil edəcək. İndi ölkədə yaşayanların yalnız 7 faizi İslam dininə sitayiş edir.
 
Baş müfti deyir ki, mütəxəssislər də müsəlmanların sayının kəskin artacağını deyirlər. Elə mütəxəssislər ki, onların fikrinə şübhə ilə yanaşmaq olmaz. Qaynutdin həm də “bizim Rusiyanın böyük şəhərlərində onlarla məscidə ehtiyacımız var” söyləyib.
 
Müftilər şurasının rəhbərinin dediyinə görə, Rusiyada İslamın yayılmasının qarşısını almaq yolverilməzdir. Qaynutdin elmi-tədris və ilahiyyat mərkəzlərinin açılmasına ehtiyac yarandığını bildirib.
 
Qeyd edək ki, Rusiyanın əhalisi 141 903 979 nəfərdir, saya görə dünyada səkkizinci yeri tutur. Əhalisinin böyük əksəriyyəti – 73,1 % şəhərlərdə yaşayır. Əhalinin 79,83 %-ni ruslar təşkil edir. Dövlət dili rus dilidir. Ölkədə 10-20 milyon nəfər arası türk dilli xalqların nümayəndəsi yaşayır. Bunlar başlıca olaraq tatarlar, başqırdlar, çuvaşlar, azərbaycanlılar, saxalar, qumuqlar, qaraçaylılar, balkarlar və digəriləridir.
 

 

Google+ WhatsApp ok.ru