Rusiya ABŞ və NATO-nu NPT-ni pozmaqda suçlayıb

Maide.az-ın "Sputnik"ə istinadən verdiyi məlumata görə, Rusiya XİN bəyanat yayaraq bildirib ki, ABŞ və Şimali Atlantik Alyansı NATO bəzi nüvə proqramları həyata keçirərək Nüvə Silahlarının Yayılmamasına dair Sazişi pozurlar. 
 
Rusiya XİN bildirib: "ABŞ və onun NATO-dakı müttəfiqləri tərəfindən müştərək nüvə vəzifələri olaraq həyata keçirilən məsələlər, əslində NPT-ni tapdalamaq mənasındadır." 
 
Bundan öncə Rusiya xarici işlər naziri Sergey Lavrov bildirmişdi ki, ABŞ Belçika, İtaliya, Türkiyə, Almaniya və Hollandiyada nüvə silahları yerləşdirərək NPT Sazişini pozub.

Google+ WhatsApp ok.ru