Rusiyada 50 kilometrlik yolu oğurladılar

Rusiyada bir həbsxana işçisi, ölkənin şimalındakı Komi vilayətində avtomobil magistralının 50 kilometrlik hissəsini oğurlamaqda ittigam edilir.
 
Maide.az BBC-yə istinadən xəbər verir ki, Komi vilayətinin Həbsxana Xidmətləri Departamentinin sədr müavini köməkçisi Aleksandr Protopopov magistralın sökümünə nəzarət etmək və sonra 7 min oğurlanmış dəmir-beton lövhəni şəxsi mənafe üçün satmaq iddiası ilə saxlanılıb.
 
Xəbərdə bildirilir ki, magistralın 50 kilometrlik hissəsinin 2014-2015-ci illər dövründə bir ildən çox müddət ərzində "söküldüyü və daşındığı" bildirilərkən, rəsmilər oğurluğun hökumətə vurduğu zərərin 6 milyon rubldan (78 min dollar) çox olduğunu açıqlayıb.
 
Oğurlanmış dəmir-beton lövhələri istifadə edən şirkətin daha sonra bu lövhələri qazanc məqsədilə satdığı da qeyd edilib.
 
Rəsmi mövqeyindən istifadə edərək dövlət malını satmaqla günahlandıran Protopopovun 10 ilə qədər həbsə məhkum ediləcəyi bildirilir.

Google+ WhatsApp ok.ru