Egey dənizində qaçqın qayığı batıb, 3 uşaq ölüb

Egey dənizində 23 qaçqın daşıyan rezin qayığın Agathonisi adası yaxınlığında batması nəticəsində 3 uşağın öldüyü bildirilib.
 
Maide.az xəbər verir ki, qəza barədə adadakı hərbi hissədən alınan yardım çağırışı ilə hadisə yerinə gedən qeyri-hökumət təşkilatına aid bir gəmi, 20 nəfəri xilas edib, amma 3 uşağın xilası mümkün olmayıb.
 
Yunan sahil təhlükəsizlik təşkilatından (HCG) bildiriblər ki, xilas edilən qaçqınların və 3 uşağın cəsədlərinin Samos adasına aparılıb.

Google+ WhatsApp ok.ru